Sadio Mane komanda yoldaşını vurub
Əziz Əzizli
"Bavariya”da xoşagəlməz hadisə yaşanıb.
"Operativ Media" xəbər verir ki, Münhen təmsilçisinin iki futbolçusu - Sadio Mane ilə Leroy Sane arasında dava düşüb.
Hadisə dünən axşam İngiltərədə “Mançester Siti”yə 0:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra baş verib.
İnsidentə almaniyalı yarımmüdafiəçinin seneqallı hücumçu ilə kobud rəftarı səbəb olub. Sanenin danışıq tərzini bəyənməyən Mane qəflətən ona yumruq zərbəsi endirib. Bundan sonra əlbəyaxa dava etməyə başlayan futbolçuları komanda yoldaşları çətinliklə sakitləşdiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net