Menyu

Robertsonu vuran hakim işindən uzaqlaşdırıldı

Əziz Əzizli
Robertsonu vuran hakim işindən uzaqlaşdırıldı

İngiltərə Premyer Liqasının 30-cu turunda "Liverpul" - "Arsenal" görüşündə (2:2) xoşagəlməz hadisə yaşanıb.

"Operativ Media" xəbər verir ki, oyunun ingiltərəli yan xətt hakimi Konstantin Hatsidakis ilk hissənin sonlarında "Liverpul"un futbolçusu Endryu Robertsonun boğazına dirsəklə vurub. 

İngiltərə futbolunda hakimliyin keyfiyyətinə cavabdeh olan təşkilat - PGMOL hakimin bu hərəkəti ilə bağlı qərar qəbul edib və onu cəzalandırıb. Hatsidakis araşdırma bitənədək işindən kənarlaşdırılıb. O, Premyer Liqa və ölkə kuboku oyunlarına təyinat almayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər