İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə qələbə qazandı
Əziz Əzizli
İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə 8 matç keçirilib. "Tottenhem" "Brayton"a 2:1, "Vulverhempton" "Çelsi"yə 1:0, "Mançester Yunayted" "Everton"a 2:0, "Mançester Siti" "Sauthempton"a 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 72 xalla "Arsenal" başçılıq edir. "Mançester Siti" 67 xalla 2-ci, "Nyukasl" 56 xalla 3-cüdür.