Menyu

Pakistan regionda vasitəçi olmağa hazır olduğunu bəyan edib

Operativ Media
Pakistan regionda vasitəçi olmağa hazır olduğunu bəyan edib

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, Ş. Şərif bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Tərəflər regionda yaranmış vəziyyəti müzakirə edərək, son aylarda əldə olunan sülh nailiyyətlərinin qorunması üçün təmkin, dialoq və diplomatiyanın vacibliyini vurğulayıblar.

Ş. Şərif Pakistanın regionda davamlı sülhün təmin olunması naminə qərəzsiz və səmimi vasitəçi kimi rolunu oynamağa hazır olduğunu bir daha bəyan edib.

Söhbət zamanı, həmçinin İran Prezidenti M. Pezeşkianın bu yaxınlarda İslamabada səfəri çərçivəsində əldə olunan razılaşmaların icrası və ikitərəfli əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunub

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər