Menyu

SOCAR-da 54 nəfər enerji idarəçisi müəyyən olunub

Operativ Media
SOCAR-da 54 nəfər enerji idarəçisi müəyyən olunub

Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq, “SOCAR Tower” inzibati binasında və SOCAR-ın strukturuna daxil olan 38 müəssisə və təşkilatda enerji idarəçilərinin müəyyən edilməsi məqsədilə keçirilən attestasiya başa çatıb.

Energetika Nazirliyindən Operativ Media-ya bildirilib ki, ümumilikdə 105 nəfər namizədin cəlb olunduğu attestasiyada 54 nəfər enerji idarəçisi vəzifəsinə uyğun hesab edilib, 3 nəfər isə ehtiyat siyahısına salınıb.

Layihənin uğurla başa çatdırılması enerji idarəetmə sisteminin gücləndirilməsi, peşəkar insan kapitalının formalaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji effektivliyinin artırılması, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər