Menyu

Ali Məhkəmədə Latviya Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirilib

Operativ Media
Ali Məhkəmədə Latviya Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Ali Məhkəməsində Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Operativ Media-ya Ali Məhkəmədən məlumat verilib.

Qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Görüş zamanı qonaqlara ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı olaraq təkmilləşdirilir. Bildirilib ki, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqi məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İrena Kutsina iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər