Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları yenidən təşkil etməyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya ilə Ukrayna arasında yenidən sülh danışıqları təşkil etməyə hazır olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, o bunu Ankarada keçirilən NATO sammitinin yekunlarına dair çıxışında bildirib.
"NATO sammitində biz Ukraynadakı müharibənin fəsadlarını da müzakirə etdik. Müharibənin ilk günündən etibarən Türkiyə həll yolu tapmaq üçün dialoq və diplomatiyanın tərəfdarı olub. Bizim prinsipial mövqeyimiz həm Rusiya Prezidenti cənab Vladimir Putinə, həm cənab Volodimir Zelenskiyə, həm də müttəfiqlərimizə yaxşı məlumdur. Bu gün mən bir daha çağırış etmək istəyirəm ki, ədalətli sülhdə uduzan tərəf olmayacaq. Tərəfləri yenidən Türkiyədə bir araya gətirməyə hazır olduğumuzu növbəti dəfə bəyan edirəm", – deyə o, qeyd edib.