Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlıq layihələrini müzakirə edib
Azərbaycan və Türkmənistan arasında reallaşdırılan genişmiqyaslı layihələr müzakirə edilib.
Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında intensiv inkişafını vurğuladıq. İqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.