Rütte Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrini yüksək qiymətləndirib
NATO-nun Baş katibi Mark Rütte Kiyevin Qərb silahları ilə Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrdən məmnunluğunu ifadə edib.
Operativ Media xəbər verir ki, o, bu barədə NATO sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Belə ki, o, Omskdakı neft emalı zavoduna PUA ilə edilən hücumu xatırladaraq qeyd edib ki, "bu, maşın sürən insanlara ziyan vurur, yanacaqdoldurma məntəqələrində növbələr yaradır".
Bununla belə, jurnalistlərin suallarını cavablandırarkən Rütte Rusiyanın Kiyevin onun enerji infrastrukturuna endirdiyi zərbələrə reaksiyasının Ukraynanın özünün vəziyyətinə necə təsir göstərə biləcəyi barədə şərh verməkdən çəkinib.
O, həmçinin Aİ və ABŞ-nin Rusiyaya qarşı sanksiyaları razılaşdıra biləcəyinə ümid etdiyini bildirib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyanın mülki infrastrukturuna zərbələr Kiyev tərəfindən Qərbin dəstəyi ilə yalnız ziyan vurmaq məqsədilə deyil, həm də Rusiya qoşunlarının irəliləməsini dayandırmaq və özü üçün əlverişli şərtlərlə danışıqlar prosesinə başlamağa şərait yaratmaq üçün informasiya əməliyyatını gücləndirmək məqsədilə endirilir. O, həmçinin vurğulamışdı ki, Rusiya öz rəqiblərinə belə bir şans verməyəcək.