"Zirə" - "Torpedo" oyununun start heyətləri açıqlandı
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Sumqayıtda üz-üzə gələcək “Zirə” və Gürcüstanın “Torpedo” komandalarının start heyətləri açıqlanıb.
Operativ Media xəbər verir ki, komandalar saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Zirə”: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 32. Qismət Alıyev, 9. Davit Volkov, 4. Ruan Renato, 7. Eren Aydın, 5. Ange Mutsinzi, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 17. Vyeyra 93. Brahim Konate
Baş məşqçi: Rəşad Sadıqov
“Torpedo”: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 6. Məhəmməd Şerif, 15. Luka Kuprava, 16. Sori Mane, 7. Vladimir Mamuşaşvili, 14. Felipe Pires, 22. Dato Bukia, 9. Komnen Andriç, 11. Giorgi Arabidze,39. Vircil Pinson.
Baş məşqçi: Dirk Şuster
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək.