Menyu

Abşeronda narkotiklə bağlı 6 fakt aşkarlandı, 39 motoxuliqan cərimələndi

Operativ Media
Abşeronda narkotiklə bağlı 6 fakt aşkarlandı, 39 motoxuliqan cərimələndi

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib.

Operativ Media xəbər verir ki, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 6 fakt aşkarlanıb.

Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 30 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 20, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 78 fakt aşkarlanıb.

Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib. Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içkinin təsiri altında avtomobil idarə edən 4 sürücü barəsində inzibati tədbir görülüb.

Gecə saatlarında Abşeron rayon sakinlərinin rahatlığını pozan, yüksək səs effekti yaradan 39 motoxuliqan barəsində inzibati tədbir görülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər