Menyu

Azərbaycandan mis ixracı 13,4% artıb

Operativ Media
Azərbaycandan mis ixracı 13,4% artıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədən 16,4 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

 Bildirilib ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,4 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk beş ayında ölkədən dəyəri 1,498 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 19,2 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,1 faizə bərabər olub.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər