Hakan Fidan: "NATO müasir reallıqlara uyğunlaşmalıdır"
Operativ Media
"NATO daxilində müdafiə sahəsində qoyulan məhdudiyyətlər ittifaqın gücünə və çevikliyinə zərər vurur".
Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazirin sözlərinə görə, dünyadakı təhlükələr artıq dəyişib, daha mürəkkəb və sürətli xarakter alıb. Buna görə də köhnə qaydalar reallığı əks etdirmir.
Hakan Fidan qeyd edib ki, hazırda NATO üçün ən vacib məsələlər hərbi hazırlıq, sənaye potensialı və çeviklikdir. Əsas hədəf təkcə təhlükələrə cavab vermək deyil, həm də əməkdaşlığı müasir dövrün tələblərinə uyğun qurmaqdır. Nazir vurğulayıb ki, Türkiyənin məqsədi gələcək təhlükəsizliyi təmin etmək və NATO-nu daha sıx, bacarıqlı və dözümlü bir alyansa çevirməkdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net