Rusiyada birinci siniflər üçün ev tapşırıqları ləğv ediləcək
Nicat Hüseynli
Rusiyada yeni dərs ilindən etibarən birinci sinif şagirdləri üçün ev tapşırıqları ləğv olunacaq.
Operativ Media RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Maarif Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, birinci sinifdə tədris ev tapşırıqları olmadan həyata keçiriləcək.
"Bundan əvvəl "Ümumtəhsil təşkilatlarında təhsilalanların ev tədris işinin təşkili üzrə metodiki tövsiyələr"ə əsasən, ev tapşırığına icazə verilirdi, lakin bu tədricən tətbiq edilməli və yerinə yetirilməsinə bir saatdan çox vaxt getməməli idi", - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net