Menyu

UEFA FİFA-nın Baloqunla bağlı qərarını sərt bəyanatla tənqid edib

Əziz Əzizli
UEFA FİFA-nın Baloqunla bağlı qərarını sərt bəyanatla tənqid edib

UEFA FİFA-nın amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqə cəzasını təxirə salmaq qərarına kəskin reaksiya verib.

Operativ Media xəbər verir ki, qurum mövzu ilə bağlı rəsmi bəyanat yayıb.

​Bəyanatda FİFA-nın bu addımının qəbulolunmaz olduğu və futbolun fundamental prinsiplərinə zidd olduğu vurğulanıb:

​"Bu qərar rəsmi olaraq qırmızı xətti keçdi. Futbol ədalətli, dürüst və şəffaf rəqabətin əsasını təşkil edən qaydalara söykənir. Qırmızı vərəqədən sonra tətbiq edilən ən azı bir oyunluq avtomatik cəza istəyə bağlı bir seçim deyil və onun icrası üçün hər hansı səlahiyyətli qurumun xüsusi qərarına ehtiyac yoxdur".

​UEFA bəyanatda futbol qaydalarının hamı üçün eyni və dəyişməz olması vacibliyinə də toxunub:

​"Futbol dünyanın hər yerində eyni qaydalarla oynanıldığı üçün insanlarda etimad qazanır. Tarixdə görünməmiş, ağlasığmaz və heç bir şəkildə bəraət qazandırıla bilməyən bu qərar qarşısında keçirdiyimiz böyük təəccübü ifadə edirik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər