Menyu

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib

Xəbərlər redaksiyası
DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində müasir hərbi infrastrukturun yaradıldığı, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırıldığı, sərhəd mühafizəsinin etibarlılığının artırılması istiqamətində mühüm nəticələrin əldə olunduğu xüsusi vurğulanmışdır.

Qeyd edilib ki, xidməti istifadəyə verilən Tədris Mərkəzində sərhəd nəzarəti sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müasir tədris sinifləri, ixtisaslaşdırılmış auditoriyalar, inzibati və yardımçı otaqlar yaradılmış, tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri baza formalaşdırılmışdır. Logistika Mərkəzində isə maddi-texniki təminatın daha operativ və səmərəli təşkilini asanlaşdıracaq yeni infrastruktur, inzibati və xidməti binalar, anbar təsərrüfatı və digər təyinatlı obyektlər müasir standartlara uyğunlaşdırılmışdır.

Bildirilmişdir ki, həyata keçirilən layihələr Dövlət Sərhəd Xidmətində hərbi qulluqçuların peşə hazırlığının yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi və xidmətin müasir tələblərə uyğun təşkili baxımından mühüm sayılır.

Tədbirlərin rəsmi hissəsi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzlərdə yaradılmış şəraitlə tanış olmuş, görülən işlərə yerində baxış keçirmişdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər