Menyu

Vaşinqtonda Müstəqillik Günü paradı ləğv edilib

Operativ Media
Vaşinqtonda Müstəqillik Günü paradı ləğv edilib

ABŞ-ın Müstəqillik Günü münasibətilə hər il iyulun 4-də keçirilən ənənəvi parad anomal isti hava şəraiti səbəbindən ləğv edilib.

Operativ Media xəbər verir ki, bu barədə paradın rəsmi internet saytında yayılan bəyanatda bildirilir.

"ABŞ-nin Şərq sahili vaxtı ilə 4 iyul 2026-cı il saat 10:30-da baş tutmalı olan Müstəqillik Günü paradının təşkilatçıları, təəssüf ki, Vaşinqtondakı güclü isti hava dalğasına görə tədbiri ləğv ediblər", - deyə qeyd edilib.

​Açıqlamada həmçinin qeyd olunur: "Bu qərar Milli Parklar Xidməti, Kolumbiya dairəsi hökuməti və "Freedom 250" (ABŞ Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə ölkədə keçirilən təntənəli tədbirlərin təşkili məqsədilə yaradılmış qurum) ilə aparılan ətraflı məsləhətləşmələrdən, eləcə də vəziyyətin dərindən təhlilindən sonra qəbul edilib. Qərarın verilməsində əsas prioritet parad iştirakçılarının, tamaşaçıların və texniki heyətin təhlükəsizliyinin təmin olunmasıdır".

​İsti hava şəraiti ilə əlaqədar paytaxtda nəzərdə tutulan bir sıra digər tədbirlər də ya təxirə salınıb, ya da məhdud formatda keçirilir. Gün ərzində Vaşinqton səmasında aerobatika qruplarının müntəzəm uçuşlar etməsi planlaşdırılır. Bu səbəbdən Reyqan adına Hava Limanı iyulun 5-nə qədər reyslərin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. ABŞ paytaxtına xidmət göstərən digər hava limanları – Dalles Beynəlxalq Hava Limanı və Baltimor-Vaşinqton (Merilend ştatı) Beynəlxalq Hava Limanı isə adi rejimdə fəaliyyətini davam etdirir. Axşam saatlarında Vaşinqtonda bayram atəşfəşanlığının keçirilməsi də nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər