"Axios": Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İran rəhbərliyini məhv etmək niyyətində olmadığını bəyan edib. O, bunun İslam Respublikası ilə gələcək danışıqları qeyri-mümkün edəcəyini vurğulayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı Amerika lideri ilə keçirilən müsahibəyə istinadən məlumat yayıb.
Nəşrdə bildirilir: "Tramp "Axios"a açıqlamasında İranın ali rəhbəri Əli Xameneinin vida mərasimini izlədiyini deyib". ABŞ Prezidenti İran rəhbərliyini nəzərdə tutaraq "Onların hamısı ordadır", - deyə qeyd edib.
Portalın dəqiqləşdirdiyi məlumata görə, Vaşinqton administrasiyasının rəhbəri İslam Respublikasının əsas rəsmi şəxslərini qətlə yetirmək məqsədilə zərbə endirmək ehtimalı barədə danışarkən belə deyib: "Biz bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparmağa kəsimiz olmayacaq".
Amerika liderinin qənaətinə görə, İran tərəfi sülh sazişi üçün "yalvarır". Nəşrdə o da qeyd olunur ki, Tramp Əli Xameneinin vida mərasimində bəzi iranlıların ağladığını görməyinə təəccübləndiyini bildirib. Portal ABŞ Prezidentinin "Bəlkə də, bu, saxta göz yaşlarıdır", - sözlərini sitat gətirib.
Bundan əvvəl Tramp ABŞ-nin Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar İrana danışıqlarda bir həftəlik fasilə verdiyini bəyan etmişdi.
Qeyd edək ki, ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Matəm tədbirində azı 100 ölkədən gələn yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir. Rusiyanı mərasimdə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev təmsil edib.