Menyu

Ukrayna Rusiyanın Sankt-Peterburq şəhərindəki iri neft terminalına zərbə endirib

Operativ Media
Ukrayna Rusiyanın Sankt-Peterburq şəhərindəki iri neft terminalına zərbə endirib

Ukrayna hərbçiləri Sankt-Peterburqun neft terminalını Rusiyanın "ən böyüklərindən biri" kimi xarakterizə ediblər.

Operativ Media BBC-yə istinadən xəbər verir ki, Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna gecə saatlarında Rusiyanın ikinci böyük şəhəri olan, ölkənin şimal-qərbində yerləşən Sankt-Peterburqdakı iri neft terminalına zərbə endirib.

O, bu obyekti "Rusiyanın müharibəsini maliyyələşdirən (gəlir gətirən) əsas infrastruktur" kimi qiymətləndirib. Ukrayna həmçinin regiondakı mühüm Rusiya hərbi dəniz bazasının da vurulduğunu bəyan edib.

Ukrayna son vaxtlar Rusiyanın mühüm enerji infrastrukturuna uzunmənzilli dron hücumlarını intensivləşdirib və bu, genişmiqyaslı yanacaq qıtlığına səbəb olub. Kiyev iddia edir ki, bu zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün təxminən 43%-i sıradan çıxarılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər