Menyu

Venesuelada zəlzələdə ölənlərin sayı artıb

Operativ Media
Venesuelada zəlzələdə ölənlərin sayı artıb

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 2 295 nəfərə çatıb.

Operativ Media bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes dövlət televiziyası "Venezolana de Televisión" efirində məlumat verib.

Onun sözlərinə görə, iki zəlzələ nəticəsində 11 267 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində 1 943 nəfərin öldüyü açıqlanmışdı.

Venesuela Bolivar Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes isə "Telegram" kanalında paylaşım edərək, zəlzələ qurbanlarının xatirəsinə ölkədə yeddi günlük milli matəm elan olunduğunu bildirib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər