DSX hərbi qulluqçusu çayda boğularaq həyatını itirib
Operativ Media
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Samux rayonu ərazisində baş vermiş hadisə nəticəsində həyatını itirib.
Operativ Media xəbər verir ki, DSX-nin yaydığı məlumata görə, iyulun 1-də Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil idarəetmədən çıxaraq çay yatağına aşıb.
Bildirilib ki, məlumat daxil olan kimi Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilib. Görülən tədbirlər nəticəsində hərbi qulluqçunun meyiti aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Vüsal Nəzərovun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net