Menyu

Ehtiyatda olan gizir və miçmanlara yenidən hərbi xidmətə qayıtmaq hüququ verilir

Operativ Media
Ehtiyatda olan gizir və miçmanlara yenidən hərbi xidmətə qayıtmaq hüququ verilir

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Yeni dəyişikliyə əsasən, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış, hazırda ehtiyatda olan gizirlər və miçmanlara bağlaşma (müqavilə) əsasında yenidən həqiqi hərbi xidmətə daxil olmaq hüququ verilib.

Əvvəlki bənddə müqavilə ilə xidmətə qəbul edilənlər ümumi şəkildə "hərbi vəzifəlilər (zabitlər istisna olmaqla)" kimi qeyd olunurdusa, yeni redaksiyada bu kateqoriya tam konkretləşdirilib. Sənəddə "ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar" ifadəsi yer alıb.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün ilkin bağlaşma müddəti 10 il müəyyən edilib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər