Menyu

Polis “Son zəng” tədbirləri ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirəcək

Operativ Media
Polis “Son zəng” tədbirləri ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirəcək

“Son zəng” tədbirləri ilə əlaqədar polis əməkdaşları tərəfindən təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlər görüləcək.

Operativ Media xəbər verir ki, bu barədə DİN-nin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, təhsil müəssisələrinin ətrafında ictimai qaydanın qorunması, məzunların və digər iştirakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşlarının xidməti gücləndirilmiş rejimdə təşkil ediləcək.

“Məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”, – deyə məlumatda vurğulanıb.

Əlaqəli Xəbərlər