Menyu

Dünya Çempionatına ən çox futbolçu göndərən klublar bəlli oldu

Operativ Media
Dünya Çempionatına ən çox futbolçu göndərən klublar bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı bu gün start götürəcək.

Operativ Media xəbər verir ki, turnirdə hansı klubların daha çox oyunçu ilə təmsil olunduğu bəlli olub.

Mundiala ən çox futbolçu göndərməyi bacaran klubların sıralamasında ilk yerdə 19 oyunçu ilə İngiltərə Premyer Liqasından "Mançester Siti" qərarlaşıb. İkinci pillədə Almaniya Bundesliqa təmsilçisi "Bavariya" 18 futbolçu ilə yer aldığı halda, üçüncü sırada yenə bir İngiltərə klubu — 16 oyunçu ilə "Arsenal" gəlir. Fransa Liqa 1 təmsilçisi PSJ 15 futbolçu ilə dördüncü, İspaniya La Liqasından "Barselona" isə 14 futbolçu ilə beşinci pillədə mövqe tutub. Siyahının davamında 6-cı və 9-cu yerləri hər biri turnirə 12 oyunçu göndərən 4 komanda bölüşür: İngiltərə Premyer Liqasından "Mançester Yunayted" və "Kristal Pelas", Səudiyyə Pro Liqasından "Əl-Hilal" və İspaniya La Liqasından "Atletiko Madrid".

Digər bir sürpriz isə son illərdə etdiyi böyük transferlərlə dünya futbolunun gündəmini zəbt edən Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın da 12 futbolçu ilə Avropa nəhəngləri ilə eyni sırada qərarlaşmasıdır. Bununla yanaşı, İngiltərənin orta sıralarında mübarizə aparan "Kristal Pelas" klubunun öz heyətindən 12 futbolçunu Dünya Çempionatına göndərməyi bacarması və "Mançester Yunayted" ilə "Atletiko Madrid" kimi nəhənglərlə eyni pilləni bölüşməsi turnirin ən böyük klub sürprizlərindən biri hesab olunur.

Əlaqəli Xəbərlər