Böyük Britaniyanın daxili işlər nazirinin keçmiş müavini Den Carvis müdafiə naziri təyin edilib.
Operativ Media xəbər verir ki, bu barədə baş nazir Kir Starmerin dəftərxanasının bəyanatında deyilir.
"Kral [III Çarlz] aşağıdakı təyinatı təsdiq etməyə lütf edib: parlament üzvü Den Carvis müdafiə naziri təyin edilib", - deyə sənəddə bildirilir.
Carvis bu vəzifədə Con Hilini əvəz edəcək. C. Hili cümə axşamı Birləşmiş Krallığın müdafiəsinə qoyulan investisiyaların qeyri-kafi olmasına etiraz edərək cümə axşamı vəzifəsindən istefa verib.