Menyu

PSJ "Vest Hem"in iki oyunçusu üçün 130 milyon avro təklif edəcək

Operativ Media
PSJ "Vest Hem"in iki oyunçusu üçün 130 milyon avro təklif edəcək

"PSJ" portuqaliyalı yarımmüdafiəçi Mateuş Fernandeş və niderlandlı hücumçu Krisensio Sammervill üçün "Vest Hem"ə 130 milyon avro təklif etməyə hazırdır.

Operativ Media xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Hələlik rəsmi təklif göndərilməsə də, Paris klubunun idman direktoru Luis Kamposun artıq İngiltərə təmsilçisinin nümayəndələri ilə əlaqə saxladığı bildirilir. Premyer Liqadan Çempionşipə düşən London təmsilçisi yayda bəzi oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalacaq. 21 yaşlı portuqaliyalı futbolçu ilə həmçinin "Real" və "Mançester Yunayted" də yaxından maraqlanır.

Fernandeş 2025/26 mövsümündə bütün turnirlərdə ümumilikdə 42 matçda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. 24 yaşlı Sammervill isə keçirdiyi 34 oyunda 7 qol və 5 asistlə yadda qalıb.

"Transfermarkt" portalı Fernandeşin transfer dəyərini 50 milyon avro, Sammervillin qiymətini isə 35 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər