Çexiya millisi 20 il sonra Dünya çempionatında qol vurdu
Operativ Media
Çexiya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Cənubi Koreya yığmasına məğlub olub (1:2).
Operativ Media xəbər verir ki, qarşılaşmanın 59-cu dəqiqəsində çexlərin müdafiəçisi Ladislav Kreyçi başla qol vuraraq hesabı açıb. Bu qol Çexiya millisinin son 20 ildə dünya çempionatlarında vurduğu ilk qol kimi tarixə düşüb. Sonuncu dəfə 12 iyun 2006-cı ildə hücumçu Yan Koller qrup mərhələsində ABŞ-la matçın (3:0) 5-ci dəqiqəsində fərqlənmişdi.
Qeyd edək ki, Çexiya yığması DÇ-2026-dakı növbəti oyununu iyunun 18-də CAR-a qarşı keçirəcək.