Menyu

Nigeriyada sərnişin qatarı relsdən çıxıb: 4 nəfər ölüb, 24 nəfər yaralanıb

Şəfa Hüseynli
Nigeriyada sərnişin qatarı relsdən çıxıb: 4 nəfər ölüb, 24 nəfər yaralanıb

Nigeriyanın cənubundakı Delta ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 24 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin daimi katibi Funşo Adebiyi "Sinxua" agentliyinə bildirib.

Bildirilib ki, Aqbor şəhəri yaxınlığında baş verən qəza zamanı Varridən İtakpeyə gedən qatarda 482 nəfər olub. Onlar arasında 442 sərnişin və 40 lokomotiv və qatar heyəti üzvü olub.

İlkin məlumatlara görə, hadisə nəticəsində dörd vaqon aşıb, daha biri relsdən çıxıb. 

Əlaqəli Xəbərlər