"Şəfa" yeni transferini açıqladı
Operativ Media
“Şəfa” növbəti transferini reallaşdırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klub qapıçı Nicat Mehbalıyevi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.
Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Bizon Azərbaycan kubokunun qalibi olub.
25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net