Qadın futbolçularımız son oyununa çıxacaq
Operativ Media
Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Operativ Media-nın məlumatına görə, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Oyun saat 21:00-da Bitola şəhərindəki "Petar Miloşevski" stadionunda start götürəcək. Görüşün baş hakimi gürcüstanlı Teona Sturua olacaq.
Qeyd edək ki, qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net