Nazirlər Kabineti donor orqanların transplantasiyası ilə bağlı siyahıda dəyişiklik edib
Operativ Media
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib.
Operativ Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağı "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qeyd edək ki, Mərkəzi Hospital bu günə qədər qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası köçürülməsini həyata keçirirdi.
Bundan başqa, Respublika Diaqnostika Mərkəzi ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi ilə yanaşı kök hüceyrələri köçürülməsini də icra edə biləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net