"Real Madrid" "Barselona"nın hücumçusu Ferran Torres ilə maraqlanır
İspaniya milli komandası və "Barselona"nın hücumçusu Ferran Torres "Real Madrid"in transfer maraq dairəsinə düşüb.
Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildən Kataloniya klubunun şərəfini qoruyan 26 yaşlı futbolçunun "Barselona" ilə müqavilə müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Hücumçu karyerası ərzində "Valensiya" və "Mançester Siti" klublarının da formasını geyinib.
Daha əvvəl insayder Canluka Di Marsio hücumçunun cari yay transfer pəncərəsində PSJ-yə keçməyə razılıq verdiyini bildirmişdi.
Qeyd edək ki, F.Torres iyulun 19-da İspaniya və Argentina yığmaları arasında keçirilən 2026-cı il dünya çempionatının final matçında (1:0) 106-cı dəqiqədə qələbə qolunun müəllifi olub. O, həmçinin milli komandanın heyətində 2024-cü il Avropa çempionatının və 2022/2023 mövsümündə Millətlər Liqasının qalibi adını qazanıb.