Bu ilin ilk yarısında şəkər ixracında 3 dəfədən çox artım qeydə alınıb
Operativ Media
2026-cı ilin yanvar-iyun aylarında ölkədən 71,9 milyon ABŞ dolları dəyərində 113,7 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 3,43 dəfə, həcmi isə 3,85 dəfə artıb.
Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,44 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,30 faizə bərabər olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma