Menyu

Yuri Vernidub: “Komandaya yalnız onu gücləndirə biləcək futbolçular gətirilməlidir”

Əziz Əzizli
Yuri Vernidub: “Komandaya yalnız onu gücləndirə biləcək futbolçular gətirilməlidir”

​"Neftçi" yeni oyunçuların cəlb olunması prosesində tələskənliyə yol vermədən, heyətin keyfiyyətcə gücləndirilməsinə üstünlük verir.

Operativ Media xəbər verir ki, bunu komandanın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında deyib.

​Mütəxəssis bildirib ki, heyətin komplektləşdirilməsi mürəkkəb prosesdir və bu istiqamətdə klub rəhbərliyi, eləcə də prezidentlə birgə fasiləsiz iş aparılır.

Baş məşqçinin sözlərinə görə, əsas prinsip sırf say xatirinə heyətə oyunçu qatmaq deyil, yalnız komandaya real fayda verəcək futbolçuları transfer etməkdir.

Qeyd olunub ki, yeni oyunçu keçidinə yalnız bu kriteriyalara cavab verdiyi halda yaşıl işıq yandırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər