Menyu

DİM magistratura imtahanlarının statistikasını açıqlayıb

Operativ Media
DİM magistratura imtahanlarının statistikasını açıqlayıb

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur.

İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.

2026-cı ildə keçirilən imtahanlarda, ümumilikdə 27859 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 26241 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1618 nəfər daha çox olub.

Bu il imtahan iştirakçılarının orta balı (riyazi gözləmə) 45.90-dır. Ötən il müvafiq göstərici 48.26 idi.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 26 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 244 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 1263 nəfər olub. Ötən il analoji göstəricilər 32, 381 və 2019 nəfər idi.

Aşağıdakı cədvəllərdə bakalavrların 2026 və 2025-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.  
Məlumat üçün bildiririk ki, proqramlar üzrə plan yerləri və ali təhsil müəssisələri üzrə qəbul planı daha öncə bakalavrlara təqdim edilib.

Qəbul proqramları üzrə plan yerləri (2025 və 2026-cı il) ilə buradan tanış ola bilərsiniz. Ali təhsil müəssisələri üzrə qəbul planı və ötən illə müqayisəsini isə buradan əldə edə bilərsiniz. Əlavə olaraq magisturatura üzrə qabiliyyət imtahanlarının statistik məlumatlarını da təqdim edirik.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər