Menyu

Azərbaycan və ABŞ qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib

Operativ Media
Azərbaycan və ABŞ qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib

Azərbaycan və ABŞ arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində iki ölkədən olan biznes nümayəndələri ilə görüşdük. Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının prioritetləri, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini qeyd etdik. Biznes əlaqələrinin şaxələndirilməsi üçün mövcud potensial, qarşılıqlı investisiyaların artırılmasının və birgə təşəbbüslərin perspektivləri barədə müzakirələr apardıq", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər