Menyu

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə nəticələr elan olunub

Operativ Media
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə nəticələr elan olunub

23 - 26 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Bu barədə Operativ Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

"Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər", - məlumatda qeyd olunub.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb:

"Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, sənədlər yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.

Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcək".

Əlaqəli Xəbərlər