Menyu

Azərbaycan Aİ ilə enerji tərəfdaşlığının strateji istiqamətlərini müzakirə edib

Operativ Media
Azərbaycan Aİ ilə enerji tərəfdaşlığının strateji istiqamətlərini müzakirə edib

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji tərəfdaşlığının strateji istiqamətləri müzakirə edilib.

Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, P. Şahbazov Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobilla Borrero ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki rolu, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" və regional elektrik bağlantıları üzrə əməkdaşlığı nəzərdən keçirilib: "Etibarlı təchizatın, enerji marşrutlarının şaxələndirilməsinin və "yaşıl enerji" inteqrasiyasının əhəmiyyətini vurğuladıq".

Əlaqəli Xəbərlər