AMF rəsmisi Bratislavada keçirilən 23-cü Baş Assambleyaya qatılıb
Operativ Media
Azərbaycan Minifutbol Federasiyasının(AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən 23-cü Baş Assambleyada iştirak edib.
Operativ Media xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak edərək minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıblar. Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Federasiyanın rəhbəri Peter Kralik minifutbolun inkişafına verdikləri dəstək və töhfəyə görə bütün üzv assosiasiyalara təşəkkürünü bildirib.