AVF rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın millisinin üzvləri ilə görüşüb
Operativ Media
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüşdə AVF prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya əməkdaşları iştirak ediblər. Şahin Bağırov komandanın hazırlıq prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, həmçinin qarşıdakı oyunlar müzakirə edilib. Yığmamıza Avropa Liqasında uğurlar arzulanıb, voleybolçularımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə və uğurlu nəticə qazanacaqlarına inam ifadə olunub.