Menyu

Sürtkü yağlarının istehsalında artım qeydə alınıb

Operativ Media
Sürtkü yağlarının istehsalında artım qeydə alınıb

Bu ilin yanvar-aprel aylarında ölkədə 12,8 min ton sürtkü yağları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,2 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin mart ayına nisbətdə isə apreldə istehsal həcmində 37,5 faiz artım qeydə alınıb.

May ayının 1-nə hazır məhsul ehtiyatı 1,1 min ton təşkil edib.

Əlaqəli Xəbərlər