Menyu

Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

Operativ Media
Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 6-da rəqəmsal SAT imtahanı təşkil olunacaq.

Bu barədə Operativ Media-ya DİM-dən bildirilib.

Rəqəmsal SAT imtahanı Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299 və Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50) eyni vaxtda keçiriləcək.

İmtahanda iştirak edəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşsınlar. Bu şəxslər saat 07:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, buraxılış vərəqəsi və “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə) ilə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar. Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda, iştirakçı imtahana buraxılmayacaq. İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq. İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.

Qeyd edək ki, iyunun 6-da SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl Bluebook tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Cari ildə SAT imtahanlarının DİM-in hər iki binasında avqustun 22-si, sentyabrın 12-si, oktyabrın 3-ü, noyabrın 7-si və dekabrın 5-də keçirilməsi nəzərdə tutulur

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı [email protected] vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Əlaqəli Xəbərlər