Yanvar-aprel aylarında 20 milyon dollarlıq polipropilen ixrac edilib
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-aprel aylarında ölkədən 19,9 milyon ABŞ dolları dəyərində 18,5 min tona yaxın ilkin formalarda polipropilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11,4 faiz, həcm olaraq isə 23,7 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk dörd ayında ölkədən dəyəri 1,121 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18 faiz üstələyir.
Hesabat dövründə dəyər ifadəsində polipropilen ixracının xüsusi çəkisi 1,78 faizə bərabər olub.