TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub
Operativ Media
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Zara Nigar İbrahimova təyin olunub.
Operativ Media xəbər verir ki, bu barədə Zara İbrahimova öz sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.