Menyu

Azərbaycan və ABŞ arasında strateji enerji tərəfdaşlığı müzakirə edilib

Operativ Media
Azərbaycan və ABŞ arasında strateji enerji tərəfdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət Katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir Şahbazov öz "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"Görüşdə yeni mərhələyə yüksələn Azərbaycan - ABŞ strateji enerji tərəfdaşlığınin prioritet istiqamətlərini nəzərdən keçirdik. Regional enerji təhlükəsizliyi, neft-qaz sektorunun, enerji bağlantılarının inkişafı və Xəzər regionunda yeni əməkdaşlıq imkanları üzrə müzakirələr apardıq", - nazir paylaşımda qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər