Menyu

Ötən ay 56 aptekdə yoxlama keçirilib

Operativ Media
Ötən ay 56 aptekdə yoxlama keçirilib

2026-cı ilin may ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Əlaqəli Xəbərlər