Menyu

Ardıcıl 2-ci dəfə Albaniya çempionu olan azərbaycanlı futbolçu: Millidən dəvət gözləyirdim

Əziz Əzizli
Ardıcıl 2-ci dəfə Albaniya çempionu olan azərbaycanlı futbolçu: Millidən dəvət gözləyirdim

Azərbaycanlı futbolçu Zamiq Əliyev "Eqnatiya" klubu ilə ardıcıl ikinci dəfə Albaniya çempionu olub .

O, qazanılan çempionluqdan sonra təəssüratlarını Operativ Media-ya bölüşüb.

Çətin və maraqlı bir mövsümü geridə qoyduqlarını bildirən müdafiəçi, əməklərinin bəhrəsini gördükləri üçün xoşbəxt olduğunu vurğulayıb:

"Bu mövsüm bizim üçün çox çətin, eyni zamanda çox maraqlı keçdi. Çəkdiyimiz əziyyətin bəhrəsini gördüyümüz üçün çox xoşbəxtəm. Bu il də çempion biz olduq".

Milli komandaya çağırılmaması barədə danışan Zamiq Əliyev, hər bir futbolçu kimi yığmadan dəvət gözlədiyini gizlətməyib. O, baş məşqçi Ayxan Abbasovun qərarına anlayışla yanaşdığını qeyd edib:

"Bəli, hər bir futbolçu kimi mən də dəvət gözləyirdim. Demək ki, qismət deyilmiş. Ayxan müəllimin qərarına hörmətlə yanaşıram. Bundan sonra daha çox çalışıb, növbəti təlim-məşq toplanışına dəvət almağı gözləyəcəm".

Gələcək karyerası və mümkün transfer xəbərlərinə də aydınlıq gətirən gənc oyunçu, hazırda tam olaraq istirahətə fokuslandığını bildirib:

"Hələ ki menecerim mənə transferlə bağlı heç bir məlumat verməyib. Ona görə də hazırda istirahət edib, yeni mövsümə tam hazır vəziyyətdə qayıtmağı düşünürəm. Əgər daha yaxşı bir liqadan təklif alsam, gedəcəm. Amma belə bir variant olmasa, klubumda qalıb Çempionlar Liqası oyunlarına köklənəcəm".

Əlaqəli Xəbərlər