Rəşad Nəbiyev ABŞ nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Operativ Media
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rashad Nabiyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, görüşdə rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də Azərbaycanda data mərkəzinin tikintisi məqsədilə ABŞ qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Orta Dəhlizin və Zəngəzur dəhlizinin layihələrinin inkişafı, bu istiqamətdə görülən işlər və ABŞ şirkətlərinin iştirak imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net