Menyu

"Lill"in yeni baş məşqçisi müəyyənləşdi

Operativ Media
"Lill"in yeni baş məşqçisi müəyyənləşdi

Fransa Liqa 1-də mövsüm başa çatdıqdan sonra Bruno Jenezio ilə yollarını ayıran "Lill" klubu yeni baş məşqçisini açıqlayıb.

Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Devid Ançelotti ilə 2 illik müqavilə imzalanıb.

Uzun illər atası Karlo Ançelottinin məşqçilər korpusunda yer alan və PSJ, "Real Madrid", "Bavariya", "Everton", həmçinin Braziliya millisi kimi komandalarda çalışan Devid Ançelotti karyerasında ikinci dəfə baş məşqçi kimi qüvvəsini sınayacaq.

33 oyunda komandaya rəhbərlik etdiyi Braziliya təmsilçisi "Botafogo"dan sonra "Lill", 36 yaşlı mütəxəssisin baş məşqçi statusunda çalışacağı ikinci klub olacaq.

Əlaqəli Xəbərlər