"Barselona" Bernardo Silva ilə tam razılıq əldə etdi
Operativ Media
"Barselona" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə transfer şərtlərində tam razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
Mənbə bildirir ki, portuqaliyalı futbolçu İngiltərə klubu ilə müqaviləsi başa çatdıqdan sonra Kataloniya təmsilçisinə azad agent kimi qoşulacaq.
"Atletiko Madrid", "Yuventus" və "Benfika" kimi klubların ciddi marağına baxmayaraq, Silvanın seçimi dəyişməz qalıb. Onun hər zaman məhz "Barselona"da oynamağa üstünlük verməsi keçidin reallaşmasında əsas rol oynayıb. Hazırda tərəflər arasında tam razılıq əldə olunsa da, müqavilə hələlik rəsmən imzalanmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net